Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,7% yüksəlib

 Dow Jones indeksi 0,2% enib, S&P 500 0,1%, Nasdaq 0,7% yüksəlib
# 19 fevral 2014 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 130 bəndədək enib, S&P 500 0,1% - 1 841 bəndədək, Nasdaq 0,7% - 4 273 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-da fond indekslərinin dinamikasına Nyu-York və Nyu-Cersidə Federal Ehtiyat Bankının istehsalın azalması barədə hesabatı təsir edib.

Avropa fond bazarlarında fevralın 18-də FTSE 100 indeksi 0,7% - 6 784 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,1% - 9 645 bəndədək, Fransa CAC-40-ı isə 0,3% - 4 323 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 318,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3763 dollar (+0,4%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR