Bakıda I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar işçi qrupunun iclası keçirilib

Bakıda I Avropa Yay Olimpiya Oyunları ilə əlaqədar işçi qrupunun iclası keçirilib
# 14 mart 2014 14:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün 2015-ci il I Avropa Yay Olimpiya Oyunlarının Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə işlərin əlaqələndirilməsi məqsədilə yaradılmış işçi qrupunun iclası keçirilib.

Nəqliyyat Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, işçi qrupunun rəhbəri nəqliyyat nazirinin müavini Musa Pənahov I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar nəqliyyat-yol kompleksi üzrə görülən işlər barədə danışıb. O qeyd edib ki, oyunların keçirilməsinə hazırlıq dövründə və keçirilmə müddətində Nəqliyyat Nazirliyi üzrə müəyyən edilmiş Tədbirlər Planından irəli gələn vəzifə və funksiyaların həyata keçirilməsi istiqamətində Nazirliyin struktur bölmələri və tabeli qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

Digər dövlət qurumlarının təmsilçilərinin də iştirak etdiyi iclasda avtomobil yolları, avtomobil nəqliyyatı, dəmir yolu, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə bağlı görülmüş konkret işlər barədə danışılıb. Oyunların keçirilməsinə hazırlıq dövründə və tədbir müddətində nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR