Azərbaycan prezidenti Bakıda keçirilən Novruz şənliyində iştirak edib - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Azərbaycan prezidenti Bakıda keçirilən Novruz şənliyində iştirak edib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 19 mart 2014 10:18 (UTC +04:00)

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Milli geyimli uşaqlar Azərbaycan prezidentinə bayram xonçası təqdim edib, dövlət başçısı və xanımını bayram münasibətilə təbrik ediblər.

Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra prezident və xanımı Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Sonra dövlət başçısı və xanımı bayram konsertinə baxıblar.

Prezident İ. Əliyev və M. Əliyeva Milli Parkda təşkil edilən “Şərq bazarı”nda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri, məhsulların sərgisi ilə tanış olublar.

Prezident və xanımı “Bakı-2015” Birinci Avropa Oyunları ilə bağlı təqdimata baxıblar, idmanın müxtəlif növləri üzrə idmançıların çıxışlarını izləyiblər.

Novruz şənliklərdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

***

saat 11.16

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Novruz bayramı ilə bağlı keçirilən tədbirdə iştirak edib.

APA-nın məlumatına görə, Novruz şənliyi Qız qalasının qarşısındakı meydanda qeyd olunub.

Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Bayram tədbiri incəsənət ustalarının çıxışları ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR