Qarabağ əlillərinə əlilliyin verilməsi ilə bağlı meyarlara dəyişikliklər ediləcək - VİDEO

Qarabağ əlillərinə əlilliyin verilməsi ilə bağlı meyarlara dəyişikliklər ediləcək - <span style="color: red;">VİDEO
# 29 dekabr 2013 08:58 (UTC +04:00)

Bu, həmin şəxslərə qoyulan tibbi diaqnozdan asılı olacaq. «APA-Economics»in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

Onun sözlərinə görə, əgər 1990-cı illərdə Azərbaycanda bəzi xəstəliklərin müalicəsi yox idisə, bu gün ölkədə müxtəlif əməliyyatlar aparılır və nəticələri çox uğurlu olur. Bu səbəbdən də əlillik statusunun verilməsi ilə bağlı standartlara ciddi dəyişikliklər olunacaq.

N.Məmmədov əlavə edib ki, məsələ ilə bağlı yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Nazir müavini həmçinin qeyd edib ki, Azərbaycanda tibbi-sosial ekspertiza müayinələrinə dair arayışlar da elektron formada veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR