İstanbulda azərbaycanlı rəssamın diaraması açılacaq

İstanbulda azərbaycanlı rəssamın diaraması açılacaq
# 29 yanvar 2014 11:37 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulun Bağcılar rayonundakı Şəhidlər Parkında azərbaycanlı rəssam Sənan Eynullayevin kətan üzərində yağlı boya diaraması açılacaq. Bu barədə APA-ya məlumat verən S. Eynullayev deyib ki, 8 gündə tamamladığı “Çanakkale şehitleri” adlı yağlı boya diaraması Bağcılardakı Şəhidlər Parkının ərazisində yerləşən binanın divarına montaj ediləcək. Uzunluğu 20 metr, hündürlüyü 5 metr olan diarama Türkiyənin ən böyük reklam şirkəti olan MGA firması tərəfindən məhz S. Eynullayevə sifariş verilib. Parkın açılışı fevralın ortası üçün planlaşdırılıb. Açılışı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın həyata keçirməsi gözlənilir.

1956-cı ildə Bakıda anadan olmuş Sənan Eynullayev Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini və Əlibəy Hüseynzadə adına İncəsənət Universitetində məşhur sənətkar Mikayıl Abdullayevin sinfini bitirib. Yaradıcılıq işlərini 1992-ci ildən bəri Türkiyədə davam etdirən rəssamın indiyə qədər Türkiyə, Rusiya və Avropanın müxtəlif ölkələrində 50-yə yaxın fərdi sərgisi açılıb. S. Eynullayev İspaniya və Yaponiyanın rəsm qalereyaları ilə daimi əməkdaşlıq edir. İndiyə qədər sənətkarın müxtəlif dillərdə 20-yə yaxın rəsm kataloqu nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR