Azərbaycanda 6 gün əvvəl törədilən qətlin üstü açılıb

Azərbaycanda 6 gün əvvəl törədilən qətlin üstü açılıb
# 23 yanvar 2014 09:22 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 21-də Kürdəmir rayonu Şilyan kəndinin ərazisində rayon sakinləri Cabir Əhmədov, Ayaz Cəfərov və Gəncə şəhər sakini Könül Məmmədova ictimai qaydanı pozduqlarına və polisin tələblərinə tabe olmadıqlarına görə Kürdəmir Rayon Polis Şöbəsinə gətiriliblər.

Araşdırma zamanı K.Məmmədova yanvar ayının 11-də tanışı Rasim Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən oğurluq etmələrini etiraf ediblər.

K.Məmmədova sonrakı araşdırmalar aparılması üçün Ucar Rayon Polis Şöbəsinə təhvil verilib.

Ucar Rayon Polis Şöbəsində K.Məmmədovanın tanışı R.Fətəliyevlə birgə Ucar rayon sakini Siyarə Abdullayevanın evindən üzərində 15 qızıl diş olan protezi və təqaüd kartını oğurlamaları, yanvar ayının 17-də K.Məmmədovanın cinayəti gizlətmək üçün S.Abdullayevanı boğaraq qətlə yetirməsi də müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.Fətəliyev tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR