Müsavat Partiyası “El” Hərəkatına əməkdaşlıq sazişi təklif edib

Müsavat Partiyası “El” Hərəkatına əməkdaşlıq sazişi təklif edib
# 19 dekabr 2013 14:53 (UTC +04:00)

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Ali Məclis sədri Arzu Səmədbəyli, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, başqanını müavini Gülağa Aslanlı, “El” Hərəkatından isə Hərəkatın sədri Eldar Namazov, Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev, Hərəkatın İdarə Heyətinin üzvləri Köçəri Nağıbəyli və Zəfər Quliyev iştirak edib.

Görüşdə Müsavat Partiyası “El” Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif edib. Gülağa Aslanlı təklifin “El” Hərəkatının üzvləri tərəfindən müsbət qarşılandığını, yekun qərarın “El” Hərəkatının İdarə Heyətində qəbul ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR