Özünü yandırmış Qarabağ əlili dünyasını dəyişib - YENİLƏNİB - VİDEO

Özünü yandırmış Qarabağ əlili dünyasını dəyişib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 dekabr 2013 19:28 (UTC +04:00)

Bakı-APA. Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün dünyasını dəyişib.

Bu barədə APA-ya “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib.

5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR