Bu il DSMF-nin 22 əməkdaşına qarşı intizam tədbirləri görülüb

Bu il DSMF-nin 22 əməkdaşına qarşı intizam tədbirləri görülüb
# 29 dekabr 2013 11:55 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu il ərzində Dövlət Sosial Müdafiə Fondunda (DSMF) vətəndaş müraciətlərinin araşdırılması nəticəsində əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş Fondun 22 nəfər işçisi barədə intizam tədbirləri görülüb.

DSMF-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, bu tədbir qurumun orqanlarında çalışan dövlət qulluqçularının etik davranışı məsələləri barədə vətəndaş müraciətlərinin imkanlarının gücləndirilməsi məqsədilə daxil olmuş müraciətlərə operativ baxılması istiqamətində aparılan işlər çərçivəsində həyata keçirilib.

Bununla yanaşı, DSMF-nin müvafiq əmri ilə Fondun sədri, sədr müavinləri, aparat rəhbəri, şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub.

Vətəndaşları maraqlandıran müxtəlif sualların operativ şəkildə cavablandırılması üçün Fondun internet səhifəsində «sual-cavab» bölməsi və Fondun Aparatında Mərkəzləşdirilmiş Çağrı Sistemi fəaliyyət göstərir.

Eyni zamanda, elektron poçt vasitəsi ilə daxil olan ərizə və şikayətlər kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınır və icrası nəzarətə götürülərək müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR