Böyük Britaniya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı açıqlanıb

Böyük Britaniya universitetlərində təhsil alan azərbaycanlı gənclərin sayı açıqlanıb
# 26 aprel 2014 11:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 676 azərbaycanlı gənc Böyük Britaniya universitetlərində təhsil almağı seçiblər. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov “Education UK - Birləşmiş Krallıqda təhsil” adlı sərgidə çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda onlardan 414-ü Böyük Britaniyada təhsillərini davam edir, 237 nəfər isə artıq təhsillərini başa çatdırıblar. Nazir müavini əlavə edib ki, 2013-2014-cü tədris illəri üçün 257 azərbaycanlı tələbəsi Britaniya universitetlərindən dövlət proqramı çərçivəsində təhsil almağı seçib: “2014-2015-ci il üçün dövlət proqramı çərçivəsində prioritet universitetlər sırasına 40 Britaniya universiteti daxil edilib. Xaricdə təhsil üzrə Dövlət proqramı orta müddətli təsdiqlənən, Azərbaycanın yüksək ixtisaslı kadrlara olan ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Uzun müddətli perspektivə gəldikdə, ötən ilin oktyabr ayında ölkə başçısı tərəfindən təsdiq edilən Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında əks olduğu kimi Azərbaycanın təhsil sahəsində aparılan islahatlarda aparıcı beynəlxalq təcrübəyə yiyələnmək, bundan istifadə etmək vacib amil hesab olunur. Nəinki ali təhsil, təhsilin digər sahələri üzrə əməkdaşlıq bizim üçün çox önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR