Beynəlxalq konfransın iştirakçıları Nazirlər Kabinetində olub - FOTOSESSİYA - VİDEO

Beynəlxalq konfransın iştirakçıları Nazirlər Kabinetində olub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 05 iyun 2014 13:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın Qəbələ şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransının iştirakçıları Bakıda, Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər Xiyabanını ziyarət ediblər.

APA-nın məlumatına görə, daha sonra nümayəndə heyəti Nazirlər Kabinetində olub.

Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Bojko konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Fövqəladə Hallar Nazirliyinə təşəkkürünü bildirib. V. Bojko tədbirdə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Pakistan, Əfqanıstan və Türkiyənin müvafiq qurumlarından yüksək səviyyəli nümayəndə heyətlərinin təmsil olunduğunu deyib. Fəlakətlər, fövqəladə hallar və bu sahədə görülən mübarizə tədbirlərinin geniş müzakirə olunduğunu deyən V. Bojko müzakirələrin birgə fəaliyyət baxımından mühüm olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR