Bakıda mənzildə yıxılaraq köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub

Bakıda mənzildə yıxılaraq  köməksiz vəziyyətdə qalmış şəxs xilas olunub
# 30 may 2014 02:10 (UTC +04:00)

Bakı-APA. Bakının Səbail rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş yıxılmış vəziyyətdə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR