Türkiyə müxalifəti prezidentliyə vahid namizədinin adını açıqlayıb - VİDEO

Türkiyə müxalifəti prezidentliyə vahid namizədinin adını açıqlayıb - <span style="color: red;">VİDEO
# 16 iyun 2014 14:48 (UTC +04:00)

Bakı - APA. Türkiyənin əsas müxalifət partiyaları - Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) prezident seçkilərində vahid namizədlə çıxış etmək barədə razılığa gəlib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, CHP lideri Kamal Kılıçdaroğlu MHP lideri Dövlət Baxçalı ilə görüşdən sonra vahid namizədi razılaşdırdıqlarını bəyan edib.

Onun sözlərinə görə, CHP və MHP bu ilin avqust ayında keçiriləcək prezident seçkilərində 2005-2009-cu illərdə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olmuş Ekmələddin İhsanoğlunun namizədliyini müdafiə edəcək.

Qeyd edək ki, Ekmələddin İhsanoğlu 1943-cü ildə Qahirədə anadan olub. Misirin Ayn Şəms Universitetinin məzunu, Osmanlı, Türk və İslam mədəniyyəti üzrə tanınmış mütəxəssislərdən biridir. Evlidir, üç övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR