Azərbaycan sığorta bazarındakı xarici kapitala olan məhdudiyyətlər aradan qaldırılır

Azərbaycan sığorta bazarındakı xarici kapitala olan məhdudiyyətlər aradan qaldırılır
# 18 iyun 2014 10:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Maliyyə Nazirliyinin Kollegiyası sığorta şirkətlərində xarici kapitalın payı ilə bağlı qərar qəbul edib.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, qərar “Sığorta fəaliyyəti haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq, nazir Samir Şərifovun iştirakı ilə qəbul olunub.

Qərara əsasən, bu ilin sonuna qədər ölkədə fəaliyyət göstərən bütün sığortaçıların ümumi nizamnamə kapitalında xarici kapitalın payı 50%-ə qədər ola bilər. 2015-ci ildən bu göstərici 70%-ə, 2016-cı ildən 85%-ə, 2017-ci ildən isə 100%-ə çatdırılacaq.

Qeyd edək ki, hazırda isə sığorta bazarında xarici kapitalın payı 4% civarındadır.

Fərdi qaydada isə istənilən sığorta şirkətinin kapitalında xarici iştirakçının payı 100% ola bilər. Bu qayda 16 mart 2008-ci ildən bəri qüvvədədir.

Bundan başqa, yeni qərarla Azərbaycanın sığorta şirkətlərindən təkcə xarici sığortaçılar deyil, ümumiyyətlə xarici fiziki və yaxud hüquqi şəxslər pay ala biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR