Azərbaycanda hakimlərin fəaliyyətinə kənar müdaxilə ciddi nəzarətə götürüləcək

Azərbaycanda hakimlərin fəaliyyətinə kənar müdaxilə ciddi nəzarətə götürüləcək
# 20 iyun 2014 11:47 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin (MM) bu gün keçirilən iclasının gedişi zamanı gündəliyə yeni məsələnin müzakirəsi təqdim olunub.

APA-nın məlumatına görə, MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli tərəfindən təqdim olunan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik layihəsi deputatların səsverməsi ilə müzakirəyə qəbul olunub.

Daha sonra layihənin müzakirəsi başlayıb.

Layihəyə əsasən, bundan sonra hakimin fəaliyyətinə kənar müdaxilə olarsa, o bu haqda Məhkəmə-Hüquq Şurasına (MHŞ) xəbər verməlidir.

MHŞ səlahiyyətləri çərçivəsində məsələ ilə bağlı ölçü götürəcək.

Qanuna təklif olunan digər dəyişiklik hakimlərin maaşı ilə bağlıdır. Təklifdə qeyd olunur ki, hakimin fəaliyyəti dövründə əmək haqqı aşağı salına bilməz.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR