Bakının Suraxanı rayonunda 3 otaqlı evdə yanğın olub

Bakının Suraxanı rayonunda 3 otaqlı evdə yanğın olub
# 30 iyun 2014 22:56 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan ikimərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 2-ci mərtəbəsində 1 otağın döşəməsi 5 kv.m sahədə və 1 ədəd döşək yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR