ARDNŞ Novorossiysk limanından xam neftin ixracını 2 dəfə azaldıb

ARDNŞ Novorossiysk limanından xam neftin ixracını 2 dəfə azaldıb
# 01 iyul 2014 14:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin iyun ayında Novorossiysk limanından 84 577 ton xam neft ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Ötən ay Supsa limanından 242 039 ton neft ixrac edilib ki, bud a ötən ilin iyun ayı ilə müqayisədə 0,1% azdır. Ceyhan limanından isə 1 871 477 ton xam neft ixrac edilib ki, bud a ötən ilin analoji dövrü ilə müqayisədə 7,4% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Novorossiysk limanından 508 222 ton xam neft ixrac edilib. Bu, ötən ilin 6 ayı ilə müqayisədə 38,4% azdır.

Bu ilin 6 ayı ərzində Supsa limanından 6,4% çox və ya 1 452 574 ton, Ceyhan limanından isə 1,7% çox və ya 10 313 893 ton xam neft ixrac edilib.

ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR