İrandan Azərbaycana narkotik gətirən şəxs tutulub

İrandan Azərbaycana narkotik gətirən şəxs tutulub
# 11 mart 2014 13:01 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Azərbaycan vətəndaşı Sərxan Quliyevin üzərində şəxsi yoxlama zamanı ondan dörd ədəd bükümdə narkotik vasitə aşkarlanıb. Araşdırma zamanı bu bükümlərdə ümumi xalis çəkisi 213,34 qram olan həşiş, xalis çəkisi 29,864 qram olan tiryək, xalis çəkisi 3,268 qram olan heroin və xalis çəkisi 6,197 qram olan psixotrop maddə - metamfetamin olduğu müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR