Azərbaycan elektrik enerjisi istehsalını 5% artırıb

Azərbaycan elektrik enerjisi istehsalını 5% artırıb
# 04 fevral 2014 10:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın enerji sistemində 2,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib.

«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrünün analoji göstəricisi ilə müqayisədə 4,7% artıb.

Ümumilikdə, ötən il ərzində ölkənin enerji sistemində 21,5 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

Bununla yanaşı, hesabat ayı ərzində Azərbaycan enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR