Taleb Rifai: “I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunu daha da artıracaq”

Taleb Rifai: “I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın nüfuzunu daha da artıracaq”
# 03 aprel 2014 08:30 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bunu bu gün Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər və VIII Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar sərgisinin açılışında çıxış edən BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib.

T. Rifai bildirib ki, bu gün prezident İlham Əliyevlə görüşüb və danışıqlar zamanı iki mühüm məsələ vurğulanıb: “Biz vizaların sadələşdirilməsi və son 12 ayda elektron viza sisteminin tətbiq olunmasına görə dövlət başçısını təbrik etdik. Bu prosesin uğurla davam edəcəyinə ümid etdiyimizi bildirdik. Prezident İlham Əliyev isə öz növbəsində cari islahatların davam edəcəyini, yaxın gələcəkdə ölkəyə xaricilərin gəlməsinin daha da asanlaşacağını qeyd edib”.

Baş katib Azərbaycanın imicinin dünya səviyyəsində daha da yüksəlməsi istiqamətində ölkədə lazımi addımlar atıldığını da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR