“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” qəbul edilib

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” qəbul edilib
# 07 aprel 2014 14:24 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Dövlət qulluğu haqqında” qanunun 30-1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilib.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması” əsasında aparılır.

Qiymətləndirmə nəticəsində dövlət qulluqçusu barəsində həvəsləndirmə tədbirlərinin görülməsi, o cümlədən fərdi qaydada mükafatlandırılması, rəhbər vəzifələrin tutulması üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, dövlət qulluqçusunun iş fəaliyyətinin və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, dövlət qulluqçusunun digər analoji vəzifəyə keçirilməsi nəzərdə tutulub.

“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” və “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Forması” Komissiyanın rəsmi internet səhifəsində yerləşdirilib.

Qeysd edək ki, prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 10 fevral 2014-cü il tarixli qərarı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib və 22 fevral 2014-cü il tarixdən qüvvəyə minib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR