ATƏT Quantanamo həbsxanasını bağlamağa çağırıb

ATƏT Quantanamo həbsxanasını bağlamağa çağırıb
# 10 yanvar 2014 23:03 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 11-də Kubadakı Quantanamo həbsxanasının yaranmasından 12 il keçir.

“ABŞ hakimiyyətinin bu obyekti bağlayacağına dair dəfələrlə söz verməsinə baxmayaraq, həbsxana hələ də fəaliyyət göstərir. Birləşmiş Ştatlar terrorizmlə mübarizədə əsaslı insan hüquqlarını, o cümlədən ədalətli məhkəmə hüququnu təmin etmək və əsassız həbslərin qadağan edilməsi barədə öhdəlik götürüb. Bu öhdəliyə əməl etməməyi prezident Obama Amerikanın reputasiyasına ləkə kimi qiymətləndirib" - deyə ATƏT rəsmisi bilidirib.

Y.Lenarçiçin fikrincə, Quantanamoda saxlanılanlar məhkəmə qarşısına çıxarılmalı, yaxud azad olunmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR