Əli Əhmədov: “Milli Şuranın Azərbaycan vətəndaşları arasında dayağı yoxdur”

Əli Əhmədov: “Milli Şuranın Azərbaycan vətəndaşları arasında dayağı yoxdur”
# 03 iyul 2013 15:15 (UTC +04:00)

APA-nın cənub bürosunun xəbərinə görə, bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov Astarada YAP fəalları ilə görüşündə bildirib. YAP rəsmisi Demokratik Qüvvələrin Milli Şurası adlanan qurumun Azərbaycan vətəndaşları arasında dayağının olmadığını vurğulayıb: “Azərbaycan vətəndaşların yeganə namizədi İlham Əliyevdir. Xalq öz iradəsini seçkilərdə göstərərək İlham Əliyevin namizədliyini dəstəkləyəcək. Təəssüf ki, müəyyən qruplar qarayaxmalarla məşğul olur, Azərbaycan reallıqlarını təhrif edir. Amma xalqın gözü tərəzidir, ağı qaradan seçməyi yaxşı bacarır”.

Qeyd edək ki, YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bu gün Astara və Lerik rayonlarında YAP fəalları ilə görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR