Çexiya və Slovakiya nümayəndə heyəti seçki prosesini yüksək qiymətləndirib

Çexiya və Slovakiya nümayəndə heyəti seçki prosesini yüksək qiymətləndirib
# 09 oktyabr 2013 15:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda prezident seçkilərini müşahidə edən Çexiya və Slovakiya nümayəndə heyəti seçki prosesini yüksək qiymətləndirib. APA-nın məlumatına görə, Moraviya (Çexiya vilayəti) Kommunist Partiyasının sədri, ölkə parlamenti sədrinin sabiq müavini Voyteç Filip qeyd edib ki, seçki məntəqələri peşəkar səviyyədə təşkil olunub və seçkilər şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: “Apardığım müşahidələrə əsasən deyə bilərəm ki, seçki məntəqələrində hər şey peşəkar səviyyədə təşkil olunub və heç bir problemlə rastlaşmadıq. Seçkilər şəffaf şəkildə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir”.

Slovakiya parlamentinin üzvü Pavel Qoqa seçki prosesində hər hansı problem müşahidə etmədiklərini söyləyib. Onun sözlərinə görə, bir sıra seçki məntəqələrində müşahidələr aparılıb və seçkinin demokratik qaydada keçirildiyi müşahidə olunub.

Slovakiya parlamentinin üzvü Olqa Naçtmanova və Çexiya parlamentinin üzvü Vaslav Kubata seçicilərin sərbəst şəkildə səs verdiklərini, seçki zamanı beynəlxalq qaydalara əməl edildiyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR