Erməni dramaturqu: “İstəmirəm ki, Azərbaycan mənim oğlumu düşmən kimi görsün”

Erməni dramaturqu: “İstəmirəm ki, Azərbaycan mənim oğlumu düşmən kimi görsün”
# 10 mart 2014 16:35 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneulinin Təkəli kəndində Cənubi Qafqaz ölkələri nümayəndələrinin görüşü zamanı erməni dramaturqu Samvel Beqlaryan deyib. Onun fikrincə, Qarabağ məsələsini Rusiya həll etməlidir: “Əgər Azərbaycan bizə Qarabağda yaşamaq icazəsi veribsə, biz buna razıyıq və razılığımızı bildiririk”.

S.Beqlaryan APA-ya açıqlamasında Qarabağ münaqişəsində və Ermənistanın inkişafında Rusiyanın rolu barədə fikirlərini bildirib: “Zər Rusiyanın əlindədir. Bizim kimi kiçik xalqları Rusiya “udur”. İndi Azərbaycana, Türkiyəyə yolumuz açıq deyil. Buna görə də biz yaşamaq və dövlətimizi yaşatmaq üçün hərdən aşağılayıcı təklifləri qəbul edirik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR