Gürcüstanda 15 iyun seçkiləri üçün bülletenlərin çap olunmasına başlanılıb

Gürcüstanda 15 iyun seçkiləri üçün bülletenlərin çap olunmasına başlanılıb
# 09 iyun 2014 21:33 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Eka Azaraşvili bildirib.

MSK sədri bildirib ki, bülletenlər MSK və yerli müşahidəçilərin nəzarəti ilə 11 mətbəədə çap olunacaq və iyunun 14-də seçki məntəqələrinə çatdırılacaq.

Qeyd edək ki, bu gün Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli özünüidarəetmə seçkilərində iştirak edəcək seçicilərin siyahısını yekunlaşdırıb. E. Azaraşvili jurnalistlərə açıqlamasında seçicilərin sayının 3 429 748 nəfər olduğunu açıqlayıb. Onun sözlərinə görə, yerli özünüidarəetmə seçkilərində 71 bələdiyyəyə 2 088 üzv seçiləcək, həmçinin 12 şəhər və 62 yerli administrasiya rəhbəri seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR