Hindistanda binanın uçması nəticəsində ölənlərin sayı 17-yə çatıb

Hindistanda binanın uçması nəticəsində ölənlərin sayı 17-yə çatıb
# 30 iyun 2014 18:23 (UTC +04:00)

Bakı-APA. Hindistanın Çennay şəhərində 12 mərtəbəli binanın uçması nəticəsində ölənlərin sayı 17-yə çatıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, xilasedicilər bir az əvvəl sağ qalmış 2 şəxsi uçqun altından xilas edib.

Qeyd edək ki, tikilməkdə olan binada 70-dək fəhlə çalışıb. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Hadisə ilə bağlı tikinti şirkətinin rəhbəri də daxil olmaqla 6 nəfər həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR