Həbsxanaya ayaqqabının içərisində mobil telefon keçirilməsinin qarşısı alınıb

Həbsxanaya ayaqqabının içərisində mobil telefon keçirilməsinin qarşısı alınıb
# 28 noyabr 2013 11:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 181.3.3; 66.2.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Loğman oğlu Bəkirovun yanına qısamüddətli görüşə gəlmiş dostu Fərid Valeh oğlu Hüseynovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman ayağındakı ayaqqabıların içərisində xüsusi üsulla düzəldilmiş yerdə gizlədilmiş 2 ədəd “Nokia” markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR