Şəkidə «VAZ-2107» avtomobili dərəyə aşıb - VİDEO

Şəkidə «VAZ-2107» avtomobili dərəyə aşıb - <span style="color: red;">VİDEO
# 08 fevral 2014 07:08 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki rayonunda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol qəzası Şəki giriş-çıxış yolunun Kosalı kəndi ərazisindən keçən hissəsində baş verib. Şəki rayon sakini Vəfadar Həsənov idarə etdiyi «VAZ-2107» markalı 23 BE 698 dövlət nömrə nişanlı avtomobillə «dördyol» istiqamətində hərəkətdə olarkən, avtomobili yolun kənarındakı dərəyə aşırıb. Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü V.Həsənov xəsarət almasa da, avtomobildə olan iki nəfər sərnişin, Şəki rayon sakinləri, 1991-ci il təvəllüdlü Gülgəz Habil qızı Salmanova və 1989-cu il təvəllüdlü Nərmin Ağaəli qızı Həsənova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan G.Salmanova və N.Həsənovanın vəziyyəti orta-ağır hesab olunur, müalicələri xəstəxanada davam etdirilir.

Şəki ŞRPŞ-dən bildirilib ki, ilkin ehtimala görə, qəzaya başqa bir avtomobilin V.Həsənovun idarə etdiyi avtomobili vurması səbəb olub. Həmin avtomobil isə hadisə yerindən qaçıb. Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR