Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar nəqliyyat məsələləri üzrə işçi qrupun ilk iclası keçirilib - FOTO

Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar nəqliyyat məsələləri üzrə işçi qrupun ilk iclası keçirilib - <span style="color: red;">FOTO
# 29 yanvar 2014 09:00 (UTC +04:00)

Bakı - APA. 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə işçi qrupun ilk iclası keçirilib.

Mərkəzdən APA-ya verilən məlumata görə, Bakı 2015 Avropa Olimpiya Oyunlarının Əməliyyat Komitəsində Nəqliyyat departamentinin direktoru Panayotis Protopsaltis çıxış edərək, Nəqliyyat Nazirliyinin rəhbərliyinə Nəqliyyat məsələləri üzrə işçi qrupun təsis olunmasına görə dərin minnətdarlığını bildirərək, Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunları ilə bağlı “Nəqliyyatın təşkilinin təsviri və gələcək addımlar” adlı təqdimat mərasimini təqdim edib. Bu təqdimatda oyunlarla bağlı tələblər, nəqliyyatın təşkili işinin əhatə sahəsi, əsas çətinliklər, oyunlara müvafiq yol şəbəkəsi, ictimai nəqliyyat resursları və s. barədə geniş məlumat verib.

Daha sonra təqdimatla bağlı müzakirələr aparılaraq, müəyyən qərarlar qəbul edilərək, işçi qrupun iclasının ayda 2 dəfə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR