Dram Teatrının saytı hakerlər tərəfindən dağıdılıb

Dram Teatrının saytı hakerlər tərəfindən dağıdılıb
# 28 yanvar 2014 14:22 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Dövlət Akademik Dram Teatrının saytı haker hücumuna məruz qalıb. APA-nın məlumatına görə, sayt tamamilə dağıdılıb və ana səhifəyə İraqın sabiq lideri Səddam Hüseynin məhkəmədə çəkilən fotosu yerləşdirilib.

Teatrın mətbuat katibi Elçin Cəfərov APA-ya bildirib ki, saytla bağlı əməkdaşlıq etdikləri mütəxəssislərə müraciət olunub və hazırda məsələ araşdırılır: “Kimlər tərəfindən edildiyi məlum deyil. Qısa zamanda saytın bərpasına çalışırıq”.

E. Cəfərov qeyd edib ki, yaxın gələcəkdə teatrın yeni internet səhifəsi fəaliyyətə başlayacaq: “Bununla bağlı təqdimatımız olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR