Bakıda kafedə qətl törədilib - YENİLƏNİB

Bakıda kafedə qətl törədilib - <span style="color: red;">YENİLƏNİB
# 15 may 2013 11:09 (UTC +04:00)

Nəsim Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 3-cü mikrorayonda yerləşən Ağdam kafesində 1973-cü il təvəllüdlü Könül Sabir qızı Əliyevanı baltalayaraq qətlə yetirən şəxsin 1968-ci il təvəllüdlü Bərdə rayon sakini Adil İbrahim oğlu Cəmilov olduğu müəyyənləşib. A. Cəmilov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

13:33

Bakı. Fuad Cəfərov - APA. Bakıda qətl hadisəsi törədilib.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 3-cü mikrorayonda “Ağdam” kafesində qeydə alınıb. Həmin kafedə işləyən Könül Sabir qızı Əliyeva balta ilə qətlə yetirilib.

Hadisəni törədən şəxsin adı hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR