Ağdaşda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağdaşda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 04 yanvar 2014 09:47 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 235-ci kilometrliyində, Ağdaş rayonunun Şordəhnə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, Ağdaş sakini, 1951-ci il təvəllüdlü İldırım Manafovun idarə edtiyi “VAZ 2107” markalı minik avtomobili qarşı tərəfdən gələn 1950-ci il təvəllüdlü Eyyub İsayevin idarə itdiyi “VAZ 21011” markalı avtomobillə toqquşub. Zərbənin təsiri nəticəsində “VAZ 21011” yolun kənarındakı çuxura aşaraq yararsız hala düşüb. Ağır bədən xəsarəti alan sürücü Eyyub İsayev dərhal Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır. “VAZ 2107”nin sürücüsü İldırım Manafov yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR