Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 27 yanvar 2014 10:24 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib.

«APA-Economics»in xəbər verdiyi kimi, forum çərçivəsində Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan-Macarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşüb.

Görüş zamanı bildirilib ki, 2013-cü ildə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinin həcmi 40%-ə yaxın artıb. Macarıstanın dövlət katibi qeyd edib ki, Azərbaycanla səhiyyə, kənd təsərrüfatı, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.


Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişaf imkanları, o cümlədən, ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR