Əmək Məcəlləsinə dəyişiklik edilib

Əmək Məcəlləsinə dəyişiklik edilib
# 27 dekabr 2013 11:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisdə Əmək Məcəlləsinə bir sıra dəyişikliklər edilib. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişikliklərdən biri budur ki, əmək müqaviləsinin qüvvəyə minməsi ilə bağlı şərtlər dəyişdirilir və yenilənir: əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi yalnız bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir.

Məcəllədə və məcəllədən irəli gələrək İnzibati Xətalar, Vergilər məcəllələrində də bir sıra dəyişikliklər layihəsi müzakirə olunub.

Bütün məsələlər səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR