Rinat Bilyaletdinov “Rubin” klubunun baş məşqçisi təyin olunub

Rinat Bilyaletdinov “Rubin” klubunun baş məşqçisi təyin olunub
# 10 yanvar 2014 11:36 (UTC +04:00)

Bakı-APA. Rusiyanın “Rubin” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun da şərəfini qoruduğu Kazan təmsilçisini Rinat Bilyaletdinov çalışdıracaq.


57 yaşlı mütəxəssis Kurban Berdıyevin istefasından sonra boş qalan baş məşqçi postuna təyin olunub. 2002-ci ildən “Lokomotiv”in gənclərdən ibarət komandasına rəhbərlik edən Bilyaletdinov bir müddət əsas komandada da baş məşqçi əvəzi olub. 2011-12-ci illərdə isə Rusiyanın 2-ci yığmasında çalışıb.

Qeyd edək ki, “Rubin”in yeni baş məşqçisi tanınmış rusiyalı futbolçu Diniyar Bilyaletdinovun atasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR