İranın Kiş adasında növbəti zəlzələ baş verib

İranın Kiş adasında növbəti zəlzələ baş verib
# 10 yanvar 2014 11:24 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bu gün günorta saatlarında İranın Hörmüzqan vilayətində növbəti zəlzələ baş verib.

APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Hörmüzqan vilayətinin Kiş adasına təsadüf edib. 4.5 bal gücündə olan zəlzələ yanvarın 10-da Bakı vaxtı ilə saat 12:12-də yerin 10 km dərinliyində meydana gəlib.

Yeraltı təkan Kiş adasından 24 km, Hendorabidən 29 km və Çarak limanından (Bəndər-e Çarak) 36 km uzaqlıqda baş verib. Dağıntı və itki yoxdur.

Qeyd edək ki, ötən gün səhər və günorta saatlarında Kiş adasında 4.3 və 5 bal gücündə iki zəlzələ olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR