Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasında artıq hər hansı ixtilaf mövzusu qalmayıb”

Abbas Əraqçı: “İranla “altılıq” ölkələri arasında artıq hər hansı ixtilaf mövzusu qalmayıb”
# 11 yanvar 2014 11:45 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İranla “altılıq” ölkələri arasındakı mövcud siyasi problemlər üçün həll yolu tapılıb və artıq iş ölkə rəhbərlərinin iradəsinə qalıb”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və siyasi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı deyib. O bildirib ki, tərəflər arasındakı nüvə müzakirələri sona çatıb və Cenevrə razılaşmasının icrası istiqamətində son maneələrin aradan qaldırılması ilə bağlı razılıq əldə olunub”.

A. Əraqçı İranla “altılıq” ölkələri arasında artıq hər hansı ixtilaf mövzusunun qalmadığını söyləyib: “Bu mövzuda rəsmi məlumat bütün tərəflərin təsdiqləməsindən sonra açıqlanacaq”.

Qeyd edək ki, yanvarın 9-10-da Cenevrədə İranın xarici işlər nazirinin beynəlxalq və siyasi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt arasında müzakirələr keçirilib. Eyni zamanda İran, ABŞ və Avropa Birliyinin rəsmiləri arasında da üçtərəfli görüş olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR