Bakıda ağacın aşması nəticəsində ölənlərin adları məlum olub - YENİLƏNİB - VİDEO

Bakıda ağacın aşması nəticəsində ölənlərin adları məlum olub  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 11 yanvar 2014 14:53 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, ağacın aşması nəticəsində 1968-ci il təvəllüdlü Hacıyeva Nərgiz Əziz qızı və 4 yaşlı oğlu Hacıyev Elmar Nail oğlu aldıqları xəsarətlərdən ölüblər.

Əslən Qusar rayonundan olan ana və bala hadisə yerindən 50 metr kənarda yerləşən Şirvani küçəsi, ev 1, mənzil 2-də yaşayırmışlar. Qonşuların sözlərinə görə, saat 14:00 radələrində ana uşağını məktəbdən gətirirmiş. Bu zaman iri gövdəli ağac qırılıb və üstlərinə düşüb.

* * *

saat 15:12

Bakı. Hafiz Heydərov - APA. Bakıda faciəli hadisə baş verib.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən APA-ya verilən məlumata görə, bu gün saat 14:00 radələrində Babək prospekti-103 ünvanında iri gövdəli ağac yol ilə gedən ana və azyaşlı övladının üzərinə aşıb. Nəticədə hər iki şəxs dünyasını dəyişib. Ölənlərin adları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR