Türkdilli ölkələrin dilçi alimlərinin Azərbaycan Müəllimlər İnstitutunda görüşü keçirilib - FOTOSESSİYA

Türkdilli ölkələrin dilçi alimlərinin Azərbaycan Müəllimlər İnstitutunda görüşü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 05 mart 2014 23:06 (UTC +04:00)

APA-nın məlumatın görə, görüşdə Azərbaycan Müəllimlər İnstitutu və Qafqaz Universitetinin dilçilik və mədəniyyətşünaslıqla məşğul olan bir qrup alimi də iştirak edib.

İnstitutun rektoru, professor Aqiyə Naxçıvanlı qonaqlara Azərbaycanda həyata keçirilən təhsil siyasəti, bu sahədə tətbiq edilən yeniliklər barədə məlumat verib. Rəhbərlik etdiyi institutun təhsildə, müəllim hazırlığında rolundan danışan professor Aqiyə Naxçıvanlı bildirib ki, 11 filialı olan AMİ-də təhsilin səviyyəsi, məzunların göstərdikləri nəticələr ildən-ilə yüksəlir, institutun maddi-texniki bazası genişlənir. Rektor tədris prosesində effektli inkişaf yollarını tapmaq üçün müzakirələr aparıldığını, bu məqsədlə başqa ölkələrin, xüsusən, bu sahədə artıq müəyyən nəticələr əldə edən dövlətlərin təcrübələrinin öyrənildiyini qeyd edib. Onun sözlərinə görə, görüşün məqsədlərindən biri də məhz qonaqların təmsil etdiyi ölkələrin təcrübəsi ilə maraqlanmaqdır.

Professor Şükrü Haluk Akalın Türkiyə Cümhuriyyətinin təhsili, burada həyata keçirilən yeniliklər, tətbiq edilməkdə olan təhsil sisteminin üstünlükləri barədə danışıb. Qonaq AMİ-nin Azərbaycan təhsilində çox önəmli bir missiya həyata keçirdiyini də vurğulayıb: “Siz müəllim yetişdirirsiniz. İnsanı yetişdirəni yetişdirirsiniz. Bu çox mühüm vəzifədir”.

Professor Danday İskakoğlu və professor Rahmatulla Barakayev də Qazaxıstan və Özbəkistanın təhsil sistemi barədə geniş məlumat verib. Hər iki alim istər kadr hazırlığı sahəsində, istərsə də elmin inkişafında həyata keçirilən təcrübənin üstünlüklərini qeyd ediblər. Onlar təhsilin səviyyəsinin yüksəldilməsində ixtisasartırmanın üstünlüyünü, bunun davamlı və məcburi xarakter daşımasının vacibliyini vurğulayıblar.

Qonaqlar İnstitutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olub, xatirə kitabına öz ürək sözlərini yazıblar. Maraqlı və səmimi keçən görüşün sonunda İnstitutun rəhbərliyi adından qonaqlara xatirə hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR