İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edəcək

İqtisadiyyat və sənaye naziri Tərtərdə vətəndaşları qəbul edəcək
# 19 dekabr 2013 11:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tərtərdə vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, dekabrın 21-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Tərtərdə Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşlarla görüşəcək.

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən Tərtər Rayon Gənclər Mərkəzində (Ünvan: Tərtər rayonu, Heydər Əliyev prospekti, 2) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Yuxarı Qarabağ regional bölməsi (Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR