Bakıda gözətçi köşkü yanıb, gözətçi yanıq xəsarətləri alıb

Bakıda gözətçi köşkü yanıb, gözətçi yanıq xəsarətləri alıb
# 02 fevral 2014 04:01 (UTC +04:00)

Bakı-APA. Bakıda bir nəfərin yanıq xəsarətləri alması ilə nəticələnən yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtdın Xətai rayonunda vətəndaşa məxsus avtomobil dayanacağının ərazisində hər mərtəbəsi 6 kv.m olan ikimərtəbəli gözətçi köşkündə baş verib. Nəticədə, köşkün yanar konstruksiyaları yanıb. Yanğın zamanı gözətçi ayaq nahiyəsindən yanıq xəsarətləri alıb. Bitişik təmir sexi və ərazidə olan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 03:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR