Tərtərdə Milli Qəhrəman Şikar Şikarovun həlak olduğu yerdə anım mərasimi keçirilib - FOTOSESSİYA

Tərtərdə Milli Qəhrəman Şikar Şikarovun həlak olduğu yerdə anım mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 iyun 2014 10:33 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu-APA. Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun həlak olduğu Tərtər rayonunda onun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, "N" saylı hərbi hissədə bir araya gələn keçmiş döyüşçülər, Müdafiə Nazirliyinin əməkdaşları ön xətdə qulluq edən əsgərlərə qəhrəmancasına həlak olan polkovnik-leytenant Şikar Şikarovun həyat və xidmət yolu haqda danışıblar. Mərasimdə Şikar Şikarovun silahdaşları, qardaşları və oğlu Faiq Şikar da iştirak edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Şikar Şikarov adına təsis edilən mükafat hərbi hissənin ən yaxşı xidmət edən zabitinə təqdim olunub.

Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarov 1992-ci ilin iyun ayının 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə həlak olub. Ölümündən sonra polkovnik rütbəsinə və Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR