Gürcüstan prezidentinin müşavirləri azərbaycanlı və erməni tələbələrlə görüşüblər

Gürcüstan prezidentinin müşavirləri azərbaycanlı və erməni tələbələrlə görüşüblər
# 10 iyun 2014 21:34 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. İyunun 10-da Gürcüstan prezidentinin müşavirləri Tiflisdəki gürcü ali məktəblərin tələbələri olan azərbaycanlı və erməni gənclərlə görüşüblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tələbələr qarşısında çıxış edən prezidentin etnik azlıqlar üzrə müşaviri Sofiya Şamadini və beynəlxalq münasibətlər məsələləri üzrə maşavir İvane Maçavariani Avropaya inteqrasiyanın əhəmiyyətindən danışaraq AB və Gürcüstan arasında imzalanacaq assosiasiya sazişinin Gürcüstana xeyir verəcəyini vurğulayıblar: “Məhz buna görə də etnik azlıqların kompakt yaşadığı region əhalisini, xüsusən də gəncləri daha çox məlumatlandırmaq lazımdır”.

Görüşdə iştirak edən tələbələr belə tədbirlərin vacibliyini və əhəmiyyətini vurğulayaraq, belə məzmunlu görüşlərin davamlı olacağına ümidvar olduqlarını bildiriblər. Tədbirdə bildirilib ki, iyunun sonunda tələbələr Gürcüstan prezidenti administrasiyasının nümayəndələri ilə birgə Kvemo-Kartli və Samsxe-Cavaxeti bölgələrində görüşlər keçirəcək və əhaliyə sazişlə bağlı Azərbaycan və erməni dillərində bukletlər paylayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR