Prezident İlham Əliyev Bakının Səbail RİH binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub - FOTOSESSİYA

Prezident İlham Əliyev Bakının Səbail RİH binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub - <span style="color: red;">FOTOSESSİYA
# 22 noyabr 2013 16:52 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail Rayon İcra Hakimiyyətinin (RİH) Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.


APA-nın xəbərinə görə, Səbail RİH-in başçısı Asif Əsgərov görülən işlər barədə prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, bina əsaslı şəkildə yenidən qurulub, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılıb. Sovet dövründə rayon partiya və icraiyyə komitələrinin fəaliyyət göstərdiyi binada əsaslı təmir və yenidənqurma işləri nəticəsində əlavə mərtəbə inşa olunub, fasad yenilənib. Təmir zamanı bina ilk növbədə dəmir-beton konstruksiyalarla möhkəmləndirilib, yenidənqurma işlərində keyfiyyətli yerli inşaat materiallarından da istifadə olunub. Yüksək tələblərə cavab verən işıqlandırma, havalandırma sistemlərinin quraşdırıldığı bina ən müasir avadanlıqla təchiz olunub. Binadakı iş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulub və lazımi texniki vasitələrlə təmin edilib. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunub. İş otaqlarının, iclas və konfrans zallarının təmirində dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan keyfiyyətli materiallardan istifadə olunub. Birinci mərtəbədəki 200 yerlik iclas zalında rayon və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılıb. Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilmişdir.

Qeyd olunmuşdur ki, yeni korpusun 2-ci mərtəbəsində ən müasir tələblərə cavab verən yüksək texniki imkanlara malik konfrans zalı yaradılıb. Burada vətəndaşlarla onlayn video qəbulların həyata keçirilməsi nəzərdə tutulur. Sakinlər binaya gəlmədən rayon icra hakimiyyətinin nümayəndələri və məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Binada rayonun bütün ərazisi üzrə vahid elektron xəritə-məlumat bazası yaradılmışdır. Sistem rayon təsərrüfatının idarə olunmasında artıq ən yeni texnoloji vasitə kimi tətbiq edilməyə başlanıb. Elektron xəritənin köməyi ilə planlaşdırma aparılır və həyata keçirilən işlər haqqında operativ məlumatlar əldə edilir.


Dövlətimizin başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olub. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilib.


Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR