Kür və Araz çaylarında su sərfi xeyli azalıb

Kür və Araz çaylarında su sərfi xeyli azalıb
# 27 noyabr 2013 13:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Milli Hidrometeorologiya Departamentinin ekspedisiya dəstəsi tərəfindən bu ilin oktyabr ayında Kür və Araz çaylarının axımına nəzarət məqsədilə çaylarda yoxlama ölçmə işləri aparılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ölçmə işləri zamanı 6 məntəqədə çayın en kəsiyinin profili, sahəsi, dərinliyi, en kəsiyi boyu müxtəlif dərinliklər üzrə suyun sürəti ölçülüb və su sərfləri hesablanıb. Alınan nəticələr Kür və Araz çaylarında suyun sərfinin keçən il və ondan əvvəlki illərlə müqayisədə bu il xeyli aşağı olduğunu göstərib. Belə ki, axın xeyli azalıb. Müxtəlif məntəqələrdə su sərfləri və digər hidrometrik parametrlər isə Kür-Yevlax məntəqəsində suyun sərfi 153 m3/s, çayın canlı en kəsiyinin sahəsi 277,3 m2, axımın orta sürəti 0,55 m/s, maksimal dərinlik 4,86 m, Kür-Zərdab məntəqəsində suyun sərfi 201,04 m3/s, çayın canlı en kəsiyinin sahəsi 327,05 m2, axımın orta sürəti 0,61 m/s, maksimal dərinlik 4,79 m, Kür –Surra (Sabirabad) məntəqəsində suyun sərfi 216,86 m3/s, çayın canlı en kəsiyinin sahəsi 286,37 m2, axımın orta sürəti 0,76 m/s, maksimal dərinlik 2,71 m, Kür-Salyan məntəqəsində suyun sərfi 162,01 m3/s, çayın canlı en kəsiyinin sahəsi 353,13m2, axımın orta sürəti 0,46 m/s, maksimal dərinlik 7,20 m, Kür-Bankə (Neftçala) məntəqəsində suyun sərfi 178,41 m3/s, çayın canlı en kəsiyinin sahəsi 434,44 m2, axımın orta sürəti 0,41 m/s, maksimal dərinlik 8,55 m, Bala Kürün giriş hissəsində suyun sərfi 78,418 m3/s, çayın canlı en kəsiyinin sahəsi 192,18m2, axımın orta sürəti 0,41 m/s, maksimal dərinlik 4,15 m, Bala Kürün çıxış hissəsində suyun sərfi 66,024 m3/s, çayın canlı en kəsiyinin sahəsi 176,85m2, axımın orta sürəti 0,37 m/s, maksimal dərinlik 3,44 m, Yeni kanalın giriş hissəsində suyun sərfi 120,09 m3/s, çayın canlı en kəsiyinin sahəsi 356,31m2, axımın orta sürəti 0,34 m/s, maksimal dərinlik 6,09 m, Yeni kanalın çıxış hissəsində suyun sərfi 118,57 m3/s, çayın canlı en kəsiyinin sahəsi 298,88 m2, axımın orta sürəti 0,4 m/s, maksimal dərinlik 4,62 m, Kür-Sübh (Mayak) məntəqəsində suyun sərfi 155,65 m3/s, çayın canlı en kəsiyinin sahəsi 398,16 m2, axımın orta sürəti 0,39 m/s, maksimal dərinlik 3,44 mm olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR