Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib - FOTO - VİDEO

Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 noyabr 2013 15:49 (UTC +04:00)

APA-nın xəbərinə görə, əməliyyat Mərkəzi Kliniki Xəstəxanada aparılıb. Üzərində damar daxili yolla açıq cərrahiyyəyə ehtiyac qalmadan əməliyyat aparılan xəstənin problemi isə qarın boşluğunda olub. Belə ki, qarın aortasının diametri normalda 2 sm olduğu halda, xəstədə bu genişlənərək 10 sm olub. Bu halda aortanın yırtılma ehtimalı çox yüksək olub.


Kişi xəstələrinin 10 faizində rast gəlinən aorta anevrizması həyati təhlükəli bir problemdir. Xəstəlik təxminən 80 faiz hipertenziya bağlı olaraq özünü büruzə verir. Aorta anevrizması bir çox xəstələrdə yırtılana qədər özünü büruzə verməz. Bəzi xəstələrdə isə qarın ağrısı və ürəklə birlikdə döyünən sislik şikayətləri ola bilər.

Cərrah Kamran Musayev deyib ki, xəstə yırtılma təhlükəsi ilə onlara müraciət edib: “Bu xəstəmizi biz endovaskulyar-qapalı yolla əməliyyat etdik. Əməliyyatın üzərindən qısa bir müddət keçib və biz bu xəstəmizi artıq evə yazırıq”.


Bu əməliyyat xəstənin qarın boşluğunu açmadan bud nahiyəsinin qasıq hissəsindən balaca kəsiklə süni damar yerləşdirməklə həyata keçirilir. Bu cür əməliyyatın üstünlükləri də çoxdur. Açıq əməliyyatda risk və fəsad olduğu halda, qapalı əməliyyatda belə təhlükə olmur. Əməliyyat Şərafəddin Rəcəbovun üzərində aparılıb və 2 saata yaxın davam edib. O, 3 il bu xəstəlikdən əziyyət çəkib. Türkiyə və İrana müalicə yollanmaq istəsə də, sonra fikrindən daşınıb: “Həkimlərin əməyi sahəsində mən bu gün yaxşıyam. Hətta əməliyyatdan çıxan kimi özümü çox gözəl sərbəst hiss edirəm. Çox şadam ki, belə gözəl insanlarımız, həkimlərimiz var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR