Zaqatalanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib - VİDEO

Zaqatalanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib - <span style="color: red;">VİDEO
# 23 dekabr 2013 16:39 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatalanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində bu gün Zaqatala rayonunun Mazıx kəndinə ilk dəfə təbii qaz verib.

Bu münasibətlə təşkil edilmiş mərasimdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “Azəriqaz” İB-nin təmsilçiləri, müvafiq təşkilat nümayəndələri və Mazıx kənd sakinləri iştirak edib.

Tədbirdə bildirilib ki, 450 abonenti olan Mazıx kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 40 min metr uzunluğunda polietilen və metal borularla daşıyıcı və 18 km isə məhəllədaxili qaz xətləri çəkilib. Mazıx kəndində 450 abonentin hər birinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qeyd olunub ki, Mazıx kəndinə təbii qazın verilməsi ilə rayonun 14-cü kəndinin tam qazlaşdırılması başa çatıb. Hazırda Zaqatala rayonunda 12 min abonent var ki, bu da mavi yanacaqla təmin olunan əhalinin 45 faizdən çoxunu təşkil edir.

Tədbirdə o da diqqətə çatdırılıb ki, “Azəriqaz” İB-nin tikinti briqadaları hazırda rayonun Maqov, Car, Mosul, Yengiyan və Qəbizdərə kəndlərinə təbi qaz xəttinin çəkilişini davam etdirir və bu işlər gələn ilin birinci yarısında başa çatdırılacaq.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndin təbii qazla təchiz olunmasına görə bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildirib. Daha sonra kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb, mənzillərdə qaz təzyiqi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR