Bakıda ər arvadını bıçaqlayıb

Bakıda ər arvadını bıçaqlayıb
# 20 dekabr 2013 13:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda ər həyat yoldaşını bıçaqlayıb.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Azər Məmmədov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Alimə Məmmədovanı bıçaqlayıb.

A. Məmmədova xəsarətlərlə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisəni törədən A. Məmmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR