İranda 45 ərəb həbs edilib

İranda 45 ərəb həbs edilib
# 21 yanvar 2014 11:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Xuzistan vilayətinin mərkəzi Əhvaz şəhərində 45 ərəb həbs edilib.

APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, yanvarın 19-da günortadan sonra yerli şair Molla Fazil Səkraninin anım mərasimindən üç avtobusla qayıdan gənclər İran polisləri tərəfindən Əhvaz-Fəlaçiyə (Şadegan) yolunda saxlanıblar. Onların hamısı həbs edilərək Əhvaz şəhərinin mərkəzi Karun həbsxanasına köçürülüblər.

Məlumata görə, mərasimə qatılanların içərisində siyasi və mədəni fəaliyyətlərinə görə vaxtilə tutulanlar var. Onların həbsinə səbəb isə mərhum şairin anma mərasimində kütləvi şəkildə iştirak etmələridir. Saxlanılanların hamısının ad və soyadı açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR